Azərbaycanın Dünya Bankı ilə 5 prioritet üzrə işləməsi nəzərdə tutulur ki, onlardan ən önəmlisi işğaldan azad olunan ərazilərə böyük qayıdışla bağlıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu ərazilərin inkişafi Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümündə təkçə dayanıqlı artım və yaşıl enerji sistemlətinin yaradılması ilə yanaşı həmçinin çox ciddi investisiyalar da gətirə bilər.

"Bu baxımdan biz gələcəyə baxaraq qeyd etmək istəyirik ki, bu istiqamətdə müzakirələr əsasında bizim əməkdaşlığımız daha da dərinləşə və genişlənə bilər ",- deyə nazir qeyd edib.

.