Sentyabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştli satışı və mənzillərin seçimi başa çatıb.

MİDA-dan verilən məlumata görə, seçilmiş mənzillər barədə statistik məlumatlar bu gün açıqlanıb. Statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://mida.gov.az/az/statistics/statistics_35/

Xatırladaq ki, mənzillərin satışına 24 sentyabr 2022-ci il tarixində saat 15:00-da başlanılıb. Satışa Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb.

.