"France Football" bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlayıb.

Nəşrin rəsmi saytında son olaraq dünyanın ən yaxşı sağ cinah hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün oyunçularından İspaniya "Barselona"sında çıxış edən Lionel Messi və hazırda Niderlandın "Qroningen" klubunda oynayan Aryen Robben var.

Ən yaxşı sağ cinah hücumçusu adına namizədlər: Devid Bekhem (İngiltərə), Corc Best (İngiltərə), Samuel Eto O (Kamerun), Luiş Fiqu (Portuqaliya), Qarrinça (Braziliya), Jairzinyo (Braziliya), Kevin Kigan (İngiltərə), Stenli Metyuz (İngiltərə), Lionel Messi (Argentina), Aryen Robben (Niderland)

.