Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.

Bu barədə "Report"a onun yaxınları məlumat verib.

Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından vəfat edib.

Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.

***

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, K.Musayevin Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva vəfat edib. 

Bildirilir ki, D.Musayeva ürək tutmasından həyatını itirib.

.