Mərdəkanda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

.