Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında traktorla mikroavtobusun toqquşması nəticəsində azı 26 nəfər ölüb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, nəqliyyat vasitələri Syudad Viktoriya şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı bütün sərnişinlər həlak olublar.

.