Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyaya xəyanət edənlərlə müharibə qanunlarına uyğun davranılmasını təklif edib.

Bu barədə Medvedev Telegram kanalında yazıb.

"İnternetdə, Teleqramda düşmən tərəfə keçmiş və vətəninin məhv olmasını istəyən xainlərlə necə davranmaq barədə müzakirələr yenidən başlayıb. Bu yaxınlarda bu mövzuya münasibət bildirmişəm. Onlarla necə davranmalı: "qanunla", yoxsa "ədalətlə"? Mən dəqiqləşdirməliyəm. Əlbəttə ki, yalnız qanunla. Amma qanun işləmirsə və ya məqsədinə çatmırsa, o zaman müharibə dövrünün xüsusi qaydalarına əsasən davanılmalıdır. Böyük Vətən Müharibəsi dövrünü və digər ölkələrin təcrübəsini xatırlayaq. Müharibə dövründə həmişə belə xüsusi qaydalar olub", - Medvedev yazıb.

.