Ukrayna əsilli siyasətçi, Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk Rusiyaya təhvil verilməsinin təfərrüatları barədə danışıb.

Siyasətçi “Russia Today” agentliyinə müsahibə verib.

Medvedçuk ötən il sentyabrın 22-nə keçən gecə baş verən mübadilənin gedişatından danışıb: “Mübadilənin olacağını təxminən bir gün əvvəl xəbər tutdum. Sentyabrın 21-də məni əvvəlcə təyyarə ilə Polşaya apardılar, orada 12-14 saat təyyarədə qaldım. Polşadan təyyarə ilə Ankaraya yola düşərkən isə mübadilənin baş verəcəyini anladım, Ankaraya eniş etdikdən sonra Rusiya təyyarəsini gördüm və mübadilənin baş verəcəyinə əmin oldum”.

Xatırladaq ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk dövlətə xəyanətdə və terror təşkilatlarının fəaliyyətinə yardımda ittiham olunurdu.

.