Media Reyestrinin strukturu açıqlanıb.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Media Reyestrinin Aparılması Qaydaları”nda əksini tapıb.

Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib - VİDEO
Radio yayımı lisenziyasının alınması üçün bütün sənəd təqdim edənlər müsabiqəyə buraxılıb
Avropanın enerji nazirlərinin təcili iclası keçiriləcək
Qaydaya əsasən, Reyestrin strukturu aşağıdakı modullardan ibarətdir:

-“elektron kabinet” modulu;
- “müraciətlər” modulu;
- “əməliyyatlar” modulu;
- “istifadəçilər” modulu;
- “məlumatlandırma” modulu;
- “hesabatlar” modulu;
- “digər sistemlərlə inteqrasiya” modulu;
- “inzibatçılıq” modulu;
- “ödəniş” modulu.

Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

- “elektron kabinet” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, reyestr məlumatlarında dəyişiklik edilməsi, ödənişlər barədə məlumatın olması, habelə bu Qaydalarda nəzərdə tutulan digər imkanların təmin edilməsi;

- “müraciətlər” modulu vasitəsilə müraciətlərin qəbulu və aidiyyəti üzrə yönəldilməsi;

- “əməliyyatlar” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi, təsdiqedici sənədin hazırlanması və göndərilməsi;

- “istifadəçilər” modulu vasitəsilə Reyestrdə elektron kabinetin yaradılması, elektron kabinetin dövlət orqanları (qurumları) ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;
- “məlumatlandırma” modulu vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;

- “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi;

- “digər sistemlərlə inteqrasiya” modulu vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya proseslərinin həyata keçirilməsi;

- “inzibatçılıq” modulu vasitəsilə operatorun funksiyalarına uyğun olaraq əməkdaşlara səlahiyyətlərin verilməsi;

- “ödəniş” modulu vasitəsilə elektron formada (“ASAN ödəniş” sisteminə keçid verilməklə) ödəniş proseslərinin həyata keçirilməsi.

.