Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Məlumatı Mədəniyyət Nazirliyindən təsdiq ediblər.
Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, xəbəri ilk "Qafqazinfo.az" saytı verib.
.