Murad Fərid oğlu Hüseynov Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, bu gün Prezidentin sərəncamları ilə nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.

.