Martda Vyanada ATƏT XİN başçılarının konfransı keçiriləcək.

Bu barədə ATƏT Baş katibi Helqa Şmit təşkilata 2023-cü ildə sədrlik edəcək Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT üzv ölkələrdə icmalarla birbaşa işləyir, korrupsiya ilə mübarizə üçün hökumətlərlə işləyir, ölkələr arasında dialoqu asanlaşdırmaq üçün vasitəçilik edir, sərhədlərin təhlükəsizliyi ilə bağlı işləyir.

"Bu kontekstdə mən bildirmək istərdim ki, martın 17-də biz Vyanada üzv ölkələrin XİN baçılarının iclasına ev sahibliyi edəcəyik. Bu iclasda biz bütün bu çağırışlar və problemlərin öhdəsindən daha yaxşı gəlmək üçün əməkdaşlıq yollarını müzakirə edəcəyik", ATƏT Baş katibi deyib.

.