"Facebook”un rəhbəri Mark Zukerberq qarşıdakı on il üçün proqnoz verib.

TASS xəbər verir ki, o, bu barədə rəhbəri olduğu sosial şəbəkədəki postunda yazıb.

"Dünyanın və həyatımın 2030-cu ilə qədər necə dəyişəcəyini düşünməyə qərar verdim. Ümid edirəm ki, 2030-cu ilədək milleniallar çox sayda qurumda rəhbər vəzifələr tutacaqlar. Növbəti on il ərzində "Chan Zuckerberg Initiative” təşkilatı gənc sahibkarlara, alimlərə və liderlərə kömək etməyə diqqət ayıracaq”, - M.Zukerberq yazıb.

"Facebook” rəhbərinin sözlərinə görə, yaxın 10 ildə yeni özəl sosial platforma yaradılacaq: "İnternet bizə böyük güc – hər kəslə hər yerdə ünsiyyət qurma imkanı verib. Bu, sərhədlərimizi olduqca genişləndirir. İndi milyardlarla insanın yaşadığı cəmiyyətin bir hissəsiyik".

Həmçinin M.Zukerberq növbəti onillikdə yeni texnoloji platformanın – əlavə edilmiş reallıq cihazları, iri rəqəmsal cəmiyyətlərin idarə edilməsinin yeni formaları hesabına genişləndirilmiş imkanlı smartfonların meydana çıxacağını, kiçik biznesin isə böyük şirkətlərin imkanlarını, o cümlədən müxtəlif texnologiyalara çıxış imkanları əldə edəcəklərini bildirib.
.