“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir və sülh üçün səylər göstərilməlidir”.

Bunu Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı hər zaman perspektivlər var və bu istiqamətdə həmişə səy göstərmək lazımdır”, - o bildirib.

A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında Ermənistanın sərhəd qurumu da iştirak edib: “Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”.

.