Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa və tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti gücləndirməyə çağırıblar.

Bu barədə Parisdə Yelisey Sarayında keçirilən görüşün yekunlarına dair yaydıqları birgə bəyanatda deyilir.

“Ukrayna və Fransa yeni sanksiyalar vasitəsilə Rusiyaya kollektiv təzyiqin artırılmasının zəruriliyi ilə razılaşırlar”, - kommünikedə deyilir.

Bundan əlavə, onlar sanksiyaların effektiv icrasını təmin etmək, habelə üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağın qarşısını almaq və dayandırmaq üçün səylərin gücləndirilməsinin zəruriliyi ilə razılaşıblar.

 

.