
Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolları may ayında səsverməyə çıxaracaq.
Bu barədə Çexiyada səfərdə olan Macarıstan Prezidenti Katalin Novak CTK-ya açıqlamasında deyib.
O bildirib ki, bu səsvermə mayın 17-də keçirilə bilər.
Prezidentin sözlərinə görə, NATO-nun genişlənməsi vacib məsələdir və ona görə də bununla bağlı qərar asanlıqla verilə bilməz.
"Finlandiya və İsveçin NATO-ya qoşulmasını haqlı hesab edirəm", - Prezident əlavə edib.
.