Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Belarusa hücum etməmək barədə pakt təklif etdiyini deyib.

Qazeta.ru xəbər verir ki, o, Ukraynanın qeyri-səmimi olmaqda ittiham edib.

“Bir tərəfdən Ukrayna ilə heç bir halda müharibə etməməyimizi istəyirlər. Hücum etməmək barədə pakt təklif edirlər. Digər tərəfdən isə, bu təhlükəli ekstremistləri hazırlayır və silahlandırırlar. Polşa, Litva ümumiyyətlə hədlərini aşıblar. Bu onların nəyinə lazımdı? Anlaşılmazdı”, Lukaşenko deyib.

.