“Rusiya Prezidenti Vladimir Putinlə görüş zamnı danışıqlar son dərəcə dürüst və konstruktiv oldu”.

TASS xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşündən sonra deyib.

"Nümayəndə heyətimizə verilən qəbula və bu günki görüşün son dərəcə dürüst, açıq və konstruktiv xarakterinə görə həmkarım Rusiya prezidentinə təşəkkür edirəm”, deyə Belarus lideri vurğulayıb.

Dünən Kremldə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Üç saat yarım davam edən danışıqlar zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə olunub.

Söhbət zamanı dövlət başçıları ölkələr arasındakı ittifaq münasibətlərinin genişləndirilməsi, müxtəlif sahələrdə inteqrasiyanın dərinləşdirliməsi kimi məsələlə ətrafında fikir mübadiləsi aparıblar.

Xüsusilə də görüşdə vahid enerji və müdafiə məkanlarının formalaşdırılması, ortaq parlamentin işə başlaması, vahid valyutanın dövriyyəyə buraxılması gündəmə gəlib.

Tərəflər birgə makroiqdisadi siyasət barədə razılıq əldə ediblər.

Göüşdən sonra mətbuata açıqlamalarda hər iki prezident danışıqların məhsuldar keçdiyini bəyan edib.  

.