Azərbaycan Litvanın vacib tərəfdaşıdır. Biz bu əməkdaşlıqda hər iki tərəf üçün faydalı olan imkanların araşdırılmasında maraqlıyıq.

Bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda deyib.

“Biz Azərbaycanı böyüyən iqtisadi güc kimi görürük, bu ölkənin böyük enerji potensialı var və o diversifkasiyada ambisiyalıdır. Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələri, məsələn, informasiya texnologiyaları, logistika, emal, bərpaolunan enerji sahələrində imkanlar var və bu, litvalı iş adamlarını cəlb edir", - Gitanas Nauseda qeyd edib.

Litva Prezidenti vurğulayıb ki, ölkəsinin rəqəmsal infrastrukturu sürətli və əlçatandır: “Bu, Avropada ən yaxşılardan hesab olunur.
2020-ci ildə COVID-19-a görə qlobal böhran zamanı Litva ÜDM-də mənfi inkişafın qarşısını alıb, bu, ölkənin uğurlu iqtisadi siyasətinin nümunəsidir".

.