Son 10 ildə dünyanın ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Lionel Messi başçılıq edir.

Argentinalı 2011-20-ci illərdə planetin ən yaxşısı olub. Onilliyin ikincisi adına portuqaliyalı Kriştiano Ronaldo layiq görülüb. İspaniyalı Andres İnyesta siyahıda üçüncü olub.

İlk “onluq”da yalnız İspaniya iki futbolçu ilə təmsil olunub. Digər 8 oyunçu fərqli ölkələrin nümayəndələridir.

1. Lionel Messi (Argentina)
2. Kriştiano Ronaldo (Portuqaliya)
3. Andres İnyesta (İspaniya)
4. Neymar (Braziliya)
5. Serxio Ramos (İspaniya)
6. Manuel Noyer (Almaniya)
7. Robert Levandovski (Polşa)
8. Canluici Buffon (İtaliya)
9. Zlatan İbrahimoviç (İsveç)
10. Luka Modriç (Xorvatiya)

.