Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub.

36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb.

Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi.

Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

.