Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə 2020-ci ilin ən yaxş futbolçusu seçilib.
Mükafatlar daha bir neçə nominasiyada təqdim edilib.
Portuqaliyalı Kriştianu Ronaldu "Əsrin oyunçusu" nominasiyasında qalib gəlib, "Bavariya"ya rəhbərlik edən Hans-Diter Flik ilin ən yaxşı baş məşqçisi, Xosep Qvardiola isə əsrin ən yaxşı baş məşqçisi seçilib.
İspaniya millisinin və "Real Madrid" klubunun qapıçısı Iker Kasilyas ilə müdafiəçi Jerar Pike ən yaxşı futbolçu karyeralarına malik oyunçular qismində mükafatlar alıblar. "Real Madrid" XXI əsrin ən yaxşı futbol klubu, "Bavariya" isə 2020-ci ilin komandası seçilib.
Ən yaxşı agent mükafatı yenidən Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeşə verilib.

.