Lənkəranda axund bıçaqlanıb.

Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.

Xəsarətlər alan axund Taleh Əliyev Lənkəran Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

.