“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

 

.