Madrid “Real”ı heyətini yeni futbolçu ilə gücləndirir.

İspaniya klubu Cud Bellinqem transferində Dortmund “Borussiya”sı ilə prinsipial razılıq əldə edib.

Almaniyada klub nümayəndələri ilə görüşən “Kral klubu” rəsmiləri ilk görüşün müsbət ab-havada keçdiyini bildiriblər. Bu günlərdə bir daha Dortmunda səfər edəcək ispaniyalıların transferi tamamlayacağı qeyd olunur.

19 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəyəcək madridlilər Bellinqemlə 6 illik müqavilə imzalamağı planlaşdırırlar.

Qeyd edək ki, 2020-ci ildən “Borussiya”nın şərəfini qoruyan ingilis futbolçu bu mövsüm 42 matçda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

.