Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın ən yaxşısı “Qarabağ”dır. Ağdam klubu 216 xalla 85-cidir. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə bir pillə geriləyib.

33 xala malik “Neftçi” Avropada 225-cidir. Bakılılar 3 addımlıq irəliləyişə nail olub. 5 pillə irəliləyən “Qəbələ” 5 xalla 375-cidir.

Qeyd edək ki, siyahıya 2636 xala malik “Real” başçılıq edir.
 

.