“OPEC+” neft ixrac edən ölkələr təşkilatının pandemiya başladığı dövrdən etibarən hasilatda ən yüksək azalmanı planladığı bildirilir.

“Bloomberg“ agentliyi bildirir ki, gündəlik hasilatda azalmanın gözlənilən 500 000-1000 000 bareldən artıq ola biləcəyi ehtimal edilir. Xəbərin yayılması, neft qiymətlərində bu gün səhər saaatlarından etibarən kəskin yüksəlişə səbəb olub. Belə ki, hazırda “Brent” markalı neftin qiymətində 4,4%, “WTI” markalı neftin qiymətində isə 3,7%-lik artım müşahidə olunur.

Qeyd edək ki, “OPEC+” iclası oktyabr ayının 5-də Vyanada keçiriləcək.

“ Price Futures Group” təhlilçisi Phil Flynnə görə, 1 milyon bareldən artıq azalma neft qiymətlərində müəyyın minimum səviyyənin yaranmasına kifayət edəcək. “OANDA Group” təhlilçisi Ed Moyaya görə isə neft qiymətlərində son bir ayda gözlənilən azalma sona çatıb. Moya, “ Enerji bazarındakı aktyorlar bir müddətdir davam edın resessiya xəbərləri səbəbindən bədbinləşmişdilər, ancaq artıq bazarda qiymətlərin yuxarı istiqamətdə olduğu deyilə bilər”.

.