Azərbaycan üçün bu çətin günlərdə, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz azad olunması yolunda mübarizə apararkən, ölkəmizin bütün vətəndaşları birlik nümayiş etdirir. Bizim əsas vəzifəmiz Vətənə kömək etməkdir. Məhz bu məqsədlə bir çox təşkilat və adi vətəndaş Azərbaycan Silahlı Qüvvələri üçün vəsait köçürür.

"Yeni Zaman - Novoye Vremya" qəzetinin redaksiya heyəti də Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürdü.
Qeyd etmək lazımdir ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq əmək haqqı miqdarında vəsait bağışladılar.

Məlumat üçün: Sözügedən Fond Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılmışdır. Fond Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsi məqsədi ilə yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, ölkənin Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi naminə maddi dəstək vermək üçün könüllü ödənişlər edə bilərlər.
 

.