“Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısına “Vulverhempton”un ulduzu Adama Traore başçılıq edir.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında bitəcək 24 yaşlı futbolçu üçün “Liverpul” 70 milyon avro təklif edəcək.

Xatırladaq ki, bu mövsüm 43 qarşılaşmada altı qol və doqquz məhsuldar ötürmə edən futbolçu 2018-2019-cu illər mövsümünün əvvəlində 20 milyon avroya transfer olunub.

.