“Instagram” istifadəçilərin aqressiv davranışlarına qarşı mübarizə tədbirləri çərçivəsində “Limits” funksiyasını tətbiq edib.

Bu barədə xarici KİV-də məlumat yayılıb.

Sözügedən funksiya səhifəyə abunə olmayan və yeni abunə olan hesablardan gələn şərhləri və birbaşa mesaj göndərmək üçün daxil olan sorğuları avtomatik şəkildə gizlədir.

İdeya müəlliflərinin sözlərinə görə, yeni funksiya səyəsində, xüsusilə də tanınmış şəxslərin səhifələrindəki təhqir axınına qarşı mübarizə aparmaq daha asan olacaq.

.