“Facebook” şirkəti koronavirusun “Delta” variantının yayılması səbəbindən gələn ilin əvvəlinə qədər işçilərinə məsafədən işləmək barədə göstəriş verib.

Bu barədə CNBC məlumat yayıb.

“Delta” variantı ilə əlaqədar koronavirusa yoluxma hallarının artması ilə bağlı ən son məlumatlara əsaslanaraq ABŞ-dakı əməkdaşlarımıza 2022-ci ilin yanvarına qədər ofislərə geri dönmək təlimatı verilməyəcək”, - şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, ABŞ-da son zamanlar “Delta” ştammının yayılması səbəbindən koronavirusla mübarizə üçün əlavə tədbirlər tətbiq edilib. Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildirilib ki, ölkədə koronavirusa yoluxmaların 83 faizindən çoxunda məhz bu variant aşkarlanıb. 

.