İspaniya çempionatının VII turunun “Barselona” – “Real” matçının tarixi müəyyənləşib.

“El-Klassiko” oktyabrın 24-də baş tutacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 5 turdan sonra “Real” 10 xalla 1-ci, “Barselona” 7 xalla 6-cı yerdə qərarlaşıb. Madridlilər 4, barselonalılar 3 matç keçirib.

.