“Crocus City Hall”da baş verən terror aktında yaralanan bir nəfər tibb müəssisəsində ölüb.

Bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Crocus City Hall"da terrorda zərərçəkən 80 nəfər, o cümlədən 6 uşaq federal tibb mərkəzlərində, Moskva və Moskva vilayətində xəstəxanalardadırlar. Təəssüf ki, terror aktında yaralanan bir nəfər ölüb, həkimlər mümkün olan hər şeyi ediblər", - o bildirib.

.