“Çelsi” İngiltərə Premyer Liqasının 21-ci turunda öz meydanında “Bernli”ni qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Sesar Aspilikueta və Markos Alonso fərqlənib.

Bu, alman mütəxəssis Tomas Tuxelin “Çelsi”nin baş məşqçisi olmasından sonra komandanın ilk qələbəsidir.

Komanda 33 xal toplayaraq çempionatın turnir cədvəlində yeddinci yer tutur. Aktivində 22 xalı olan “Bernli” 15-ci yerdə qərarlaşıb.

“Çelsi” növbəti turda, fevralın 4-də səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Bernli” bir gün əvvəl öz meydanında "Mançester Siti"ni qəbul edəcək.

 

.