Londonun “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

O iddia edib ki, “Arsenal” 31 yaşlı futbolçuya görə 13,5 milyon avro vəsait xərcləyib.

Qeyd olunur ki, Jorjinyo yaxın günlərdə tibbi müayinədən keçəndən sonra “Arsenal”ın düşərgəsinə yollanacaq.

.