Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Porto”ya 0:1 hesabı ilə məğlub olan “Çelsi” ilə matçdakı iki top fərqli (2:0) qələbə sayəsində yarımfinala yüksəlib.

London təmsilçisi turnirin Çempionlar Liqası adlandırıldığı 1992/93 mövsümündən bəri 8-ci dəfə yarımfinala vəsiqə əldə edib.

Bu, İngiltərə klubları arasında ən yüksək göstəricidir. Bu müddət ərzində “Mançester Yunayted” 7, “Liverpul” 5, “Arsenal” 2, “Mançester Siti”, “Tottenhem” və “Lids” isə hərəyə 1 dəfə yarımfinala qədər irəliləyib.

Dünənki qarşılaşmada “zadəganlar”ın vingeri Kristian Pulişiç də rekord təkrarlayıb. Matç ərzində komandasına 11 dəfə cərimə zərbəsi qazandıran Pulişiç “Barselona”nın kapitanı Lionel Messinin 2010/11 mövsümündəki rekorduna şərik olub.

Qeyd edək ki, “Çelsi”nin yarımfinaldakı rəqibi “Liverpul” – “Real” cütlüyünün qalibi olacaq.

.