ABŞ-ın Federal Aviasiya Administrasiyası ölkənin aparıcı təyyarə istehsalçısı “Boeing” şirkətinin Cənubi Karolinadakı zavodunda baş vermiş qanun pozuntularına görə 1,25 milyon ABŞ dolları məbləğində cərimələnməsini təklif edib.

Bu barədə xarici mətbuat xəbər verir. 

Məlumata görə, “Boeing”in menecerləri zavodda vəzifələrini icra edən Administrasiya əməkdaşlarının işinə müdaxilə ediblər. Onların İndoneziyada və Efiopiyada qəzaya uğramış "Boeing 737 MAX" markalı təyyarələrin istehsalı ilə bağlı araşdırma apardığı bildirilir. 

Xatırladaq ki, həmin qəzalar nəticəsində 346 nəfər həyatını itirib. Bundan sonra qəzaya səbəb olmuş təyyarələrin istismarı dayandırılıb. 

.