İspaniya La Liqasında X tur davam edir.

Turun ikinci günündə 4 matç oynanılıb.

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Vilyarreal” “Real”la ev oyununda erkən qol buraxsa da, meydandan bir xalla ayrılmağı bacarıb. “Sevilya” 6 qolun vurulduğu görüşdə “Selta”nı məğlubiyyətə uğradıb.

“Levante” və “Elçe”nin duelində qalib müəyyənləşməyib. “Atletiko” öz meydanında “Barselona” üzərində qələbə qazanıb.

İspaniya La Liqası

X tur
“Sevilya” – “Selta” – 4:2

“Vilyarreal” – “Real” – 1:1

“Levante” – “Elçe” – 1:1

“Atletiko” – “Barselona” – 1:0
 

.