İspaniya Superkubokunun qalibi müəyyənləşib.

Həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.

Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.

Qolları Qavi, Levandovski və Pedri vurub.

"Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.

.