“Rusiya bütün ölkələrin qlobal qərarvermədə iştirakını dəstəkləyir”.

 Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin jurnalistlərə açıqlamasında deyib.

O, dünyada ərzaq qıtlığı ilə bağlı vəziyyətdən danışıb: “2019-cu ildən etibarən aclıq artıb. Halbuki bəzi Qərb ölkələri öz ərazilərində ərzaq təhlükəsizliyi yaratmağa çalışır. Bu gün Ukraynadan tədarük olunan ərzağın böyük qismi Qərb ölkələrinə gedir və bu böhranla üzləşən ölkələrə göndərilmir”.

Verşinin iqlim dəyişikliyi ilə bağlı Qərbin çağırış etdiyini, ancaq onun özünün karbon qazı buraxan intensiv mexanizmlərdən istifadə etdiyini vurğulayıb.

“Bu da Qərbin bu məsələyə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Vəziyyətin həqiqi qurbanları inkişaf edən ölkələrdir", - o deyib.

Rusiya XİN başçısının müavini Ukraynaya hərbi müdaxilə ilə əlaqədar onun ölkəsinə tətbiq olunan sanksiyalar barədə də danışıb və bu sanksiyaları "qeyri-qanuni" adlandırıb: “Rusiyaya qarşı bu qanunsuz sanksiyalar qlobal bazara da təsir. Qərbin Kiyev ətrafında oyunları qlobal cənub üçün ağır nəticələr verir”.

Rusiya XİN başçısının müavini əlavə edib ki, indi universal təşəbbüslər daha populyar olur: “Postpandemiya dövründə müsbət qlobal dinamikaya nail olmaq üçün qarşılıqlı hörmətə əsaslanan dialoq olmalıdır. Rusiya buna hazırdır. Qarşılıqlı hörmət və dialoq vacibdir. Qlobal təhlükəsizlik və inkişaf geosiyasi dividentlərdən daha vacibdir”.

.