Rusiya ilə Ukrayna arasında bu yaxınlarda baş tutmuş əsir mübadiləsi Ər-Riyadın köməyi ilə həyata keçirilib.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla Moskvadakı görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun bu fikrini Səudiyyə Ərəbistanından olan həmkarı da təsdiqləyib: “Ötən il Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi əməliyyatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin şəxsi nəzarəti altında həyata keçirilib”.

.