Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyinə əmin olduğunu bildirib.

Bu barədə o, Moskvada ATƏT sədri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

S. Lavrov qeyd edib ki, görüşün baş tutması üçün tərəflərin razılığı olmalıdır.

“Əminəm ki, belə bir görüş baş tutacaq”, - deyə rusiyalı nazir vurğulayıb.

.