Rusiya xarici işlər naziri Sergey Lavrov təklif edib ki, Ukrayna vasitəçilər vasitəsilə vəziyyətin gələcək inkişafını və Rusiya ilə danışıqların mümkünlüyünü necə gördüyünü aydınlaşdırsın.

Bu barədə Lavrov Cənubi Afrika Respublikasından olan həmkarı ilə danışıqlarının yekunlarına dair brifinqdə bildirib.

Lavrov Qərbin Rusiyaya qarşı demək olar ki, hibrid deyil, artıq real müharibə apardığını söyləyib: "Qərb nümayəndələri birbaşa Kiyevə deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlar güc mövqeyindən başlamalıdır, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır".

Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini bildirib

Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasından olan həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, ölkəsinin Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini vurğulayıb.

“Rusiya danışıqlardan imtina etmir. Lakin Qərb danışıqlardan nə qədər çox qaçsa, vəziyyət bir o qədər çətinləşəcək”, - nazir qeyd edib.

Lavrovun sözlərinə görə, Qərb ölkələri Kiyevə birbaşa deyirlər ki, Moskva ilə danışıqlar aparmaq hələ tezdir.

Lavrov: ABŞ-ın Çin sahillərindəki təlimləri niyə heç kimdə sual doğurmur?

Rusiya-Çin-CAR hərbi dəniz təlimləri şəffafdır, onlar haqqında bütün məlumatlar təqdim olunub.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Çin və Cənubi Afrika ilə hərbi dəniz təlimləri ilə bağlı sualı cavablandırarkən deyib.

Lavrov bildirib ki, Moskva heç bir qalmaqal və təxribat istəmir.

"Rusiya-Çin-CAR hərbi təlimlərinin niyə “qarışıq reaksiyaya” səbəb ola biləcəyini başa düşmürəm. Niyə ABŞ-ın Çin sahillərindəki təlimləri heç kimdə sual doğurmur?", deyə Rusiya XİN başçısı vurğulayıb.

.