Qərb Rusiyanın strateji məğlubiyyətinə və onilliklər ərzində özünə gələ bilməyəcəyinə ümid edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-24" telekanalına müsahibəsi zamanı deyib.

“Rusiya geosiyasi savaşın episentrindədir”, – XİN rəhbəri vurğulayıb.

Lavrov: Rusiya Ukrayna qoşunlarını öz ərazisi üçün təhlükəsiz məsafəyə çəkməyə çalışır

Moskva Ukrayna qoşunlarını Rusiya Federasiyasının ərazisi üçün təhlükəsiz məsafəyə çəkməyə çalışır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərb tərəfindən Kiyev rejiminə nə qədər çox uzaqmənzilli silahlar verilirsə, onların Rusiya ərazilərindən bir o qədər uzaqlaşdırılmasına ehtiyac yaranır.

Lavrov: Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə bilər

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadan sonra hansı ölkənin anti-Rusiya mərkəzinə çevrilə biləcəyini açıqlayıb.

Lavrov “Rossiya24” kanalına müsahibəsində jurnalist və teleaparıcı Dmitri Kiselyovun “Ukraynadan sonra sizcə, kim anti-Rusiya mərkəzinə çevriləcək, Qazaxıstan, ya Qırğızıstan?” sualına Rusiya XİN rəhbəri “Moldova”, deyə cavab verib.

Rusiya XİN başçısı Moldova Prezidentinin anti-Rusiya siyasəti apardığını qeyd edib.

.