Qərbin sanksiyalarının məqsədi Rusiyada hakimiyyətin devrilməsidir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Qərb ölkələrinin artıq açıq şəkildə Rusiyada məqsədlərinin nə olduğunu bildirdiklərini söyləyib: "Artıq maskalar düşüb. Qərbin sanksiyalarının məqsədi Rusiya xalqına qarşı yönəlib ki, onlar ayağa qalxıb hazırkı Rusiya rəhbərliyini devirsinlər", - deyə Lavrov vurğulayıb.

XİN başçısı vurğulayıb ki, NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır.

.