Mən ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparmışam. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyəti müzakirə etdik.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanata əsasən, Laçın yolu yük maşınları, nəqliyyat vasitələri və mülki sakinlərin hərəkəti üçün açıq olmalıdır.

“Hesab edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”, - Lavrov vurğulayıb.

Rusiya Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatı araşdırır

Rusiya tərəfi Azərbaycanın Ermənistanın Laçın yolu ilə mina daşımasına dair təqdim etdiyi məlumatı araşdırır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Laçın yolundakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

Lavrovun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında ayrıca qeyd olunub ki, bu marşrut üzrə hərbi yüklər daşınmamalıdır.

O, Rusiya hərbçilərinin Azərbaycan tərəfinin Ermənistanın bu dəhliz vasitəsilə mina daşıyıb üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinin yaxınlığındakı ərazilərini minalamasına dair təqdim etdikləri məlumatları araşdırdığını vurğulayıb.

Qarşılıqlı ittihamların çox olduğuna diqqət çəkən Lavrov Rusiyanın sadə təkliflə çıxış etdiyinə diqqət çəkib.

"Sülhməramlı kontingent üçtərəfli bəyanata əsasən, hərəkətə nəzarət etmək səlahiyyətinə malik olduğu kimi, bütün nəqliyyat vasitələrini qadağan olunmuş, qeyri-humanitar və qeyri-mülki yüklərin olması ehtimalına qarşı yoxlamaq imkanına da malikdir", - o əlavə edib.

.