Ümid edirik ki, Rusiya ilə Gürcüstan arasında tezliklə birbaşa hava əlaqəsi bərpa olunacaq.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov tezliklə Gürcüstanla birbaşa hava əlaqəsinin bərpa olunacağına ümid etdiyini vurğulayıb.

O qeyd edib ki, iki ölkənin əhalisi arasında təmaslar aktiv inkişaf edir: “Mənə məlumat verdilər ki, ötən il Gürcüstanın ÜDM-i 10 faiz artıb. Bu, əhəmiyyətli dərəcədə Rusiya ilə turizm və ticarətin sayəsində mümkün olub”.

.