Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram”da bildirib.

Sergey Lavrov Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

.