Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində iş aktiv gedir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli danışıqlarda çıxışında bildirib.

“Mən Qarabağda, sərhəddə vəziyyətin sabitləşməsi ilə yanaşı, humanitar problemlərin həlli, iqtisadi, nəqliyyat əlaqələrinin açılması zərurətini ayrıca qeyd edəcəyəm, həm də təbii ki, sülh müqaviləsinin mətninin razılaşdırılması üzərində fəal işləyirsiniz”, - Rusiya XİN rəhbəri Moskvada Azərbaycan və Ermənistan nazirləri ilə üçtərəfli görüşün protokol hissəsində deyib.

.