ATƏT sürətlə və açıq şəkildə deqradasiyaya uğrayır, getdikcə öz prinsiplərindən uzaqlaşır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə belaruslu həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"ATƏT sürətlə və açıq şəkildə deqradasiyaya uğrayır, Helsinki Yekun Aktında, ATƏT-in sonrakı sammitlərinin sənədlərində təsbit olunmuş ali prinsiplərdən getdikcə daha da uzaqlaşır. Mən bərabər bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan hərbi-siyasi təhlükəsizliyə dair sənədləri xüsusilə qeyd edəcəyəm”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov xatırladıb ki, 1999-cu ildə İstanbulda, 2020-ci ildə isə Astanada ATƏT-in sammitlərində iştirakçı dövlətlərin liderləri heç bir ölkənin başqalarının təhlükəsizliyini pozmaq hesabına öz təhlükəsizliyini gücləndirməyəcəyinə və heç bir ölkənin və heç bir ATƏT məkanı üzrə təşkilatın bu regionda hərbi-siyasi təhlükəsizlik sahəsində dominantlıq iddiasında olmayacağına imza atıblar.

“Bütün bu öhdəliklər qərbli həmkarlarımız tərəfindən pozulub”, - deyə rusiyalı nazir yekunlaşdırıb.

Lavrov: Bəzi avropalı siyasətçilər onlardan istifadə edildiyini anlamağa başlayıb

Avropada bir sıra siyasətçilər onlardan istifadə edildiyini və qəsdən zəiflədildiyini anlamağa başlayıblar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə belaruslu həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Fikrimcə, Avropa, ən azı bir sıra Avropa ölkələrinin məsul siyasətçiləri başa düşməyə başlayır ki, onlardan ümumiyyətlə istifadə olunur, sənayesizləşdirməyə sürüklənirlər, qəsdən zəiflədirlər ki, onlar müstəqil oyunçu olmağa çalışmaq barədə düşünməsinlər"-deyə rusiyalı nazir vurğulayıb.

Lavrov bu cür vəziyyətin nə vaxtsa keçəcəyinə və Avropa ölkələrində hakimiyyətə öz xalqlarının mənafeyindən çıxış edəcək siyasətçilərin gələcəyinə əmin olduğunu söyləyib.

Lavrov NATO və Aİ-ni müstəmləkəçilik illüziyasından əl çəkməyə çağırıb

Rusiya NATO və Avropa İttifaqından olan həmkarlarının ən qısa zamanda “ayıq olması” və “müstəmləkəçilik illüziyalarından” əl çəkməsi üçün hər şeyi edəcək.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə Belarusun xarici işlər naziri Sergey Aleyniklə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Qərbin dünya nizamı üçün dağıdıcı olan əməllərindən danışan Rusiya XİN başçısı həmkarlarının tezliklə “ayılacağına” ümid etdiyini bildirib.

"Ümid edirəm ki, onlar ayılacaqlar. Ən azı NATO və Avropa İttifaqından olan həmkarlarımızın tez ayılmaları üçün hər şeyi edəcəyik", deyə Lavrov vurğulayıb.

.